Bu gün Türkiyə super liqasında derbi oynanılıb.
Strateq.az bildirir ki, “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
Oyunda yeganə qol 18-ci dəqiqədə penaltidən vurulub. Belə ki, top Ərən Dərdiyokun əlinə dəydiyinə görə hakim “Qalatasaray”ın qapısına penalti təyin edib. Ljajic penaltini dəqiq yerinə yetirib – 1-0.
Gərgin geçən oyunda bundan sonra qol səsi çıxmayıb.
Beləliklə, “Qara qartal” “Aslan”ı yenərək, 24 xalla 3-cü sıraya yüksəlib. Eyni xalı toplayan “Qalatasaray” top fərqinə görə 4-cü sıraya yuvarlanıb.