XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2018 - 20:33

Pənah Hüseyn Qarabağ Komitəsindən yazdı:"NƏDİR, NƏ DEYİLDİR?"

Pənah Hüseyn

Qarabağ Komitəsinin üzvü, keçmiş Baş nazir

(Qarabağ Komitəsinin Gəncə dayaq dəstəsinin toplantısı haqqında xəbərə tamamlama)
Qarabağın Azadlığı taktika olmayıb, strategiya olduğu kimi, Qarabağ Komitəsi də taktika deyil, strategiyadır. Bu səbəbdən Qarabağ Komitəsi siyasi partiya, QHT deyildir, siyasi müxalifət birliyi deyildir, siyasi hakimiyyətə qarşı və siyasi hakimiyyət uğrunda fəaliyyət də deyildir, “əvvəl ayrılaq, sonra birləşək” şüarı ilə toparlanma da deyildir, “birləşək” şüarını rəhbər tutaraq bir milli ideyadan, Qarabağın azadlığı ideyasından yaranan Milli birlikdir. Bu baxımdan, Qarabağ Komitəsi təşkilat olmaqdan ziyadə, özü də bir ideyadır.

Qarabağ Komitəsinin yerli dayaq dəstələri nədir və nə deyildir?

Bakıda Qarabağ Komitəsi nədirsə, yerlərdəki dayaq dəstələri də odur. Yəni Qarabağ Komitəsinin Gəncə dayaq dəstəsi Gəncə Qarabağ Komitəsidir. Qarabağ Komitələri cəmiyyətin hər yerdə Qarabağ uğrunda, Qarabağ naminə, Qarabağ ideyası ətrafında ümumxalq təşkilatlanmasıdır, milli bir səfərbərlikdir. Şəxslərin və toplumun fərd olaraq və küll halında qəlblərdə, hisslərdə, şüurlarda, sözdə və əməldə olan bir hərəkətidir, hərəkatıdır, Qarabağ hərəkatıdır, Qarabağ uğrunda xalq hərəkatıdır. Eyni zamanda Qarabağ Komitəsinin əvvəldə bir Qarabağ mitinq komitəsi kimi düşünüldüyünü qeyd etmək lazımdır. Yəni Qarabağ Komitəsi dayaq dəstələri konkret olaraq Qarabağ mitinqlərinin dəstək qruplarıdır, yerlərdə mitinq təşkilat dəstələridir.

Bu gün bizim hər birimiz 15 dekabr – 2-ci Qarabağ mitinqinin təşkilatçısı, təbliğatçısı və təşviqatçısıyıq.

Olmalıyıq!

 

Strateq.az