XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2018 - 22:03

Gömrükdə əməliyyat –Ölkəyə narkotik keçirmək istəyən qadın saxlanılıb (Video)

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.

Strateq.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilir ki, , Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları Lənkəran şəhəri ərazisində əməliyyat keçiriblər.

Əməliyyat nəticəsində Azərbaycan Respublikası vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi, beş ədəd bağlamada qablaşdırılan, xalis çəkisi 4995 qram olan narkotik vasitə – tiryək aşkar edilərək götürülüb.