XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2015 - 06:38

Maraqlı bilgilər

1. Su havada maksimum 25 gün qala bilir.

2. Göy üzünün buludluluq dərəcəsi 10 ballıq sistemlə ölçülür.

3. Rəsmi qeydiyyata düşən ən gec yağıntı düşmə vaxtı 47 ildir.

4.Duzluluğu 350/00 olan su -2˚C-də donur.

5.Hidroloji baxımdan Volqa çay sitemində baş çay Kamadır. Buna görə də bildiyimiz Volqa çayı əslində Kama adlanmalıdır.

6. çayın ən dərin nöqtələrini birləşdirən xəttə farvater deyilir.

7. çaya həmişə qol birləşir. Ancaq bəzən çay özündən qol ayıra bilir. Bu hadisə bufurikasiya adlanır.

8. Viktoriya gölündə atmosfer təzyiqinin, dağlardan enən güclü küləyin zərbəsinin təsiri nəticəsində bir sahildə suyun səviyyəsi qalxir, o biri tərəfdə isə enir. Buna seyş deyilir.

9. Yerin buz təbəqəsi xionosfer adlanır.

10. Yerdə ən uca dağlar tropiklərdədir.

11. Buzlağın hamarladığı az meyilli və yastı daşlar “qoyun kəllələri” adlanır.

12. çində geniş yayılmış lyoss çöküntülərinin mənşəyi tam məlum deyil.

13. Sahil boyunca uzanan sahil sayı Meksika körfəzində 800 km-dir.

14. Yer altındakı qurunt suyunun donaraq torpağı qabartması bulqunnyax adlanır.

15. Yerin ilk dəfə ölçülərini təyin edən Eratosfen skafis adlı camdan istifadə etmişdir.

16. Topoqrafik xəritələrdə meşə ərazisində göstərilən 16/0.20 / 5 kəsrdə 16 m ağacların orta hündürlüyünü, 0.20 m ağacların orta diametrini, 5 m isə ağaclar arasındakı orta məsafəni göstərir.

17. Ekvatorda axşamçağı müşahidə olunmur. çünki orada 12 saat gecə, 12 saat gündüz olur.

18. Almaniya dünyada müxtəlif adlarla tanınan ölkələr arasında öndədir.

19. Yer Günəşə yanvarın 3-də daha yaxın, 4 iyunda isə daha uzaq olur.