XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 15:46

Fərman Salmanovun oğlu:"Mən də atamın adına çox sevincliyəm"

Rusiyanın Surqut şəhər aeroportuna məşhur azərbaycanlı neftçi-geoloq Fərman Salmanovun adı verilib.

Strateq.az xəbər verir ki, mərhum geoloqun oğlu İlya Salmanov modern.az-a qısa açıqlamasında bu əlamətdar hadisədən sevincli olduğunu bildirib“Hər bir övlad öz atasına görə sevindiyi kimi, mən də atamın adına çox sevincliyəm. Atam 11 il əvvəl dünyasını dəyişsə də, onu Rusiyada unutmayıblar. Bu çox xoşdur”,-deyə İlya Salmanov vurğulayıb.
O, azərbaycanlılara səsvermədə aktiv iştirakına görə də təşəkkür edib:
“Azərbaycanlılara, səsvermədə iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Mən Bakıda 3 dəfə olmuşam. Orada toyda, yasda və s. bu kimi vacib məsələlərə görə olmuşam. İndi işim çoxdur, heç yerə getmirəm. Övladlarıma, nəvələrimə Azərbaycan barədə də çox danışıram”.

İlya Fərman oğlu Salmanov hazırda Nijnevartovsk şəhər 3 nömrəli xəstəxanasının baş həkimi və Rusiyanın əməkdar həkimidir.