XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 07:01

Bu gün Zakir Qaralov yenidən Baş prokuror təyin ediləcək

Aprelin 27-də Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti başa çatıb. Bir neçə gün əvvəl, bəzi media vasitələrində Zakir Qaralovun yerinə başqa bir şəxsin təyin ediləcəyi xəbəri yayılsa da, Strateq.az-a daxil olan məlumata görə, bu gün Zakir Qaralov daha 5 il müddətinə yenidən öz postuna təyinat alacaq. Bununla bağlı Prezident İlham Əliyevin artıq Milli Məclisə təqdimat göndərdiyi bildirilir.

Xatırladaq ki, Zakir Qaralov 1956-cı ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 1979-cu ildə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Səbail rayon prokurorunun köməkçisi, Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində çalışıb.

O, 2000, 2005 və 2010-cu illərdə Baş prokuror vəzifəsinə təyin olunub. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə, 29 sentyabr 2006-cı ildə isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Strateq.az