XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2016 - 10:06

NAZ UEFA U-17 AÇ-ninnəqliyyat partnyoru olacaq

 

uefa

 

NAZ şirkəti UEFA U-17 Avropa Çempionatı Azərbaycan 2016-nın rəsmi nəqliyyat partnyoru olacaq.

 

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, bunun qarşılığında şirkət çempionatın loqosundan istifadə hüququ, ekskluziv məhsul kateqoriyası, azarkeşlər, VİP və media üçün xüsusi hədiyyələrin hazırlanması hüququ, rəsmi oyun proqramında 1 səhifəlik reklam yeri, 4 ədəd meydança ətrafı reklam (6 x 0.9 metr), media fonda loqo, oyun biletlərində loqo, rəsmi posterdə loqo, təbliğat materiallarında loqo, UEFA-nın saytındakı UEFA U-17 səhifəsində loqo və digər üstünlüklərdən yararlana biləcək.

 

Öz növbəsində NAZ şirkəti çempionatın püşkatma mərasimi üçün Yerli Təşkilat Komitəsini 15, turnir zamanı istifadə üçün isə 60 avtomobillə təmin edəcək.