“Biz ermənilər özümüzü SSRİ-də daha çox təhlükəsiz hiss edirdik”.
Strateq.az bildirir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarksiyan rusiyalı jurnalist Poznerə müsahibəsində deyib.
“SSRİ-nin dağılmasından çox təəssüflənirik. Sovet İttifaqı ermənilərə çox şey verdi. Balaca ölkə ön mövqeyə çıxdı. Biz əslində SSRİ-də yenidən təşəkkül tapdıq” -deyə S.Sərkisyan vurğulayıb. O, qeyd edib ki, amma SSRİ xarici işlər nazirinin bütün ermənilər adından Atatürkün məzarına əklil qoyması “erməni xalqı üçün əzab idi”.
X.SƏFƏRLİ