XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2018 - 13:12

Ermənistanın keçmiş müdafiə nazirindən seçki açıqlaması:"Pozuntular olarsa, nəticəyə etirazımızı bildirəcəyik”

“Mən o Ermənistana səs verdim ki, heç kəsin ölkəni “ağlar”a və “qaralar”a bölmək kimi fikri olmayacaq. Hazırki vəziyyət daxili düşmənin formalaşmasına gətirib çıxarır”.

Bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, Respublika Partiyasından deputatlığa namizəd Vigen Sərkisyan səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təmsil etdiyi partiya seçkilərə kifayət qədər az resursla qatılıb: “Seçkilər tələsik baş tutdu. Bizim namizədlərimizə qarşı təzyiqlər barədə dəfələrlə narahatlığımızı bildirmişik. Seçkidə açıq şəkildə pozuntular aşkar ediləcəksə, seçkinin nəticəsinə etirazımızı bildirəcəyik”.

Teleqraf.com