XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2018 - 15:27

Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub –FOTO

Qırğız əsilli Valentina Şevçenko yüngül çəkidə polyak Yohanna Yendjeyçiki məğlub edərək ilk dəfə Mütləq Döyüş Çempionatının (UFC) qadınlar üzrə çempionu olub.

“Report” xəbər verir ki, UFC 231 turniri çərçivəsində döyüş Toronto şəhərində baş tutub.

Döyüş 5 raund davam edib. Şevçenko hakimlərin yekdil qərarı ilə qalib elan edilib. O, postsovet ölkələri arasında UFC çempionu titulunu qazanan ilk qadın döyüşçü olub. Bu, 30 yaşlı Şevçenkonun 16-cı qələbəsidir. O, 3 döyüşdə uduzub. Yohanna Yendjeyçik isə 18 döyüşdə 3-cü dəfə məğlub olub.