XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 12:48

“AZAL” özünün aşağı büdcəli brendini yaradır- “AZALJET”

azal

 

 

 

 

 

 

 

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti aşağı büdcəli istiqamətləri üzrə uçuşlar yerinə yetirəcək yeni “AZALJET” brendinin yaradılmasına dair planlarını elan edir. “AZALJET” brendi altında uçuşlar bu il martın 28-dən etibarən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetiriləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, “AZALJET” brendi altında yerinə yetiriləcək reyslərdə baqajın daşınması və bortda qidalanma əlavə ödəniş müqabilində təklif olunacaq. Belə təcrübə 2015-ci ilin avqustundan qismən və 2016-cı il fevralın 1-dən isə tam miqyasda AZAL-ın bir sıra aviareyslərində uğurla tətbiq olunmağa başlayıb. Bununla əlaqədar olaraq, aviaşirkət bu sxem üzrə aviabiletlər təklif edəcək ayrıca brendin yaradılması haqqında qərar qəbul edib.

Son illərdə aşağı büdcəli aviaşirkətlər bütün dünyada məşhurluq qazanıb. Bu, aviadaşıma biznesinə “aşağı xərclər-aşağı tariflər–yüksək tələb-yüksək gəlir” formulu ilə ifadə olunan yanaşmadır.

“Azərbaycan Hava Yolları” özünün aşağı büdcəli brendini ayrıca struktura ayırdıqdan sonra, əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bort qidalanmasının daxil olduğu klassik aviareyslərini yerinə yetirməyə davam edəcək.

Bununla da, Azərbaycanın milli aviadaşıyıcısı bizim bazara maraq göstərən həm klassik, həm də aşağı büdcəli aviaşirkətlər ilə aviasiya bazarında səmərəli rəqabət etmək imkanı əldə edəcək. Məsələn, Azərbaycan Respublikasının regionlarına “Türk Hava Yolları”nın aşağı büdcəli brendi olan “Anadolu Jet” artıq uçuşlar yerinə yetirir və martın sonunda Macarıstanın aşağı büdcəli aviaşirkəti “WizzAir” tərəfindən Bakıdan Budapeştə uçuşlar bərpa ediləcək. Artıq digər aşağı büdcəli aviaşirkətlər, o cümlədən Türkiyənin “Pegasus” və “Atlasjet” şirkətləri də Azərbaycana uçuşlara maraq göstərir.

“Bu biznes-model müəyyən xidmətlərə qənaət edilməsini nəzərdə tutur ki, bu da, klassik aviaşirkətlər ilə müqayisədə qiyməti xeyli aşağı salmağa imkan verir. Bununla yanaşı, biz Azərbaycanın Milli aviadaşıyıcısının bütün reyslərində əvvəlki kimi təhlükəsizlik və xidmətin yüksək səviyyəsinə zəmanət veririk”, – deyə AZAL QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.