XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2018 - 18:07

“Parlaq Ermənistan” partiyasından seçki ilə bağlı açıqlama:"Biz bir neçə həyəcan doğuran məlumatı polislərə təqdim etdik"

“Parlaq Ermənistan” partiyası seçki məntəqələrindən həyəcan doğuran məlumatlar alır və polisə təqdim edir.

Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə “Parlaq Ermənistan” partiyasının seçkiqabağı siyahısına başçılıq edən Edmon Marukyan bildirib.

E.Marukyan deyib: “Biz bir neçə həyəcan doğuran məlumat almışıq və operativ şəkildə polislərə bildirmişik. Təbii ki, adlarını açıqlaya bilmərəm, çünki bu, antitəşviqat kimi dəyərləndirilə bilər. Mən polisi həyəcan doğuran məlumatlar daxil olduqdan dərhal sonra müvafiq tədbirlər görməyə çağırıram. Çünki bugünkü seçkilərə görə cavabdehlik hazırki hakimiyyət və hüquq-mühafizə orqanlarının üzərinə düşür”.