XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 12:57

Mədət Quliyev BQXK-nın Azərbaycan üzrərəhbəri ilə görüşdü

medet-quluyev

 

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Denis Duran ilə görüşüb.

 

Komissiyadan verilən məlumata görə, görüşdə nümayəndəliyin yeni rəhbəri xanım Elena Aymone Sessera da iştirak etmişdir.

 

Dövlət Komissiyasının sədri Mədət Quliyev xanım Denis Duranın Azərbaycanda çalışdığı dövrdə aparılmış birgə fəaliyyətin konstruktiv olduğunu, konkret nəticələr verdiyini qeyd etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

O, BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunması münasibəti ilə xanım Elena Aymone Sesseranı təbrik edərək, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

 

Komissiya sədri Mədət Quliyev qeyd etmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış ciddi humanitar problem olan əsir-girov və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə fəaliyyətin Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq daha da intensivləşdirilməsi və təkmilləşdirilməsi prioritet vəzifədir. Komissiya sədri, ümumən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə keçirilmiş görüşlərin və aparılmış müzakirələrin qarşılıqlı faydalı olduğunu deyib.

 

Xanım Denis Duran və xanım Elena Aymone Sessera səmimi qəbula və əməkdaşlıq üzrə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə Dövlət Komissiyasının sədrinə təşəkkürlərini bildirblər.

 

Xanım Denis Duran Azərbaycanda üç ildən artıq fəaliyyət göstərdiyi müddət ərzində təmsil etdiyi qurumun nümayəndəliyi ilə general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi xidmətlər arasında daim sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulamış və bunu yüksək qiymətləndirdiklərini qeyd ediblər.

 

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə birgə fəaliyyətin səmərəli olması baxımından bundan sonra da işgüzar əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.