XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2018 - 17:33

Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adlar verilib –SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adlar verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilir:

“Xalq artisti”

Əliyeva Lətifə Cahandar qızı

Novruzova Nübar Qulu qızı

“Əməkdar artist”

Abdullayeva Mehriban Abdulla qızı

Əsədov İlham Əsəd oğlu

Hüseynov Elnur Bəhrəmxan oğlu

Şərifova Güşvər Fətulla qızı

“Əməkdar mədəniyyət işçisi”

Rəhimli Rafiq Səfər oğlu.