XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 07:47

Kəmaləddin Heydərovun oğlu və gəlini “Bakı-2015”lə bağlı tədbirdə- Fotolar
Tale Heydərovla xanımı “Bakı-2015”lə bağlı tədbirdə- Fotolar

Heydər Əliyev Fondu və I Avropa Oyunları Təşkilat Komitəsinin birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonun məşhur “The Dorchester Hotel”ində birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Strateq.az AzərTac-a istinadən xəbər verir ki, ziyafət şəklində təşkil edilən mərasimdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri, Britaniyaya akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, deputatlar, London ictimaiyyəti nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Gecədə tədbir haqqında məlumat verilib, “Baku-2015” Avropa Oyunlarına hazırlıq prosesindən danışılıb. Paytaxt Bakını bir neçə dəfə ziyarət etdiyini bildirən aparıcı, hazırlıq işlərinin yüksək səviyyədə olduğunu və birinci Avropa Oyunlarının möhtəşəm idman tədbiri olacağını diqqətə çatdırıb.
Gənclər və idman naziri Azad Rəhimov “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq prosesindən, görülmüş işlərdən və oyunların ilk dəfə məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir bildirib ki, yaxın keçmişdə London beynəlxalq olimpiya oyunlarına ev sahibliyi edib. Yüksək səviyyəli idman təcrübəsi olan bir şəhərdə Avropa oyunlarının təqdimatını keçirmək olduqca qururvericidir.
A.Rəhimov Avropa Oyunlarının ilk məşəlinin alovlandırılması mərasimi haqqında danışıb. Prezident İlham Əliyevin məşəli alovlandırması ilə oyunların həyəcanını artıq Azərbaycanın hər nöqtəsində hiss etməyin mümkün olduğunu qeyd edilib.
Nazir, Azərbaycan və Britaniya arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlər barədə də məlumat verib.
Tədbir çərçivəsində ilk Avropa Oyunları ilə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib. Azərbaycanda yaradılmış çoxfunksiyalı, müasir idman infrastrukturu tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Gecə fortepianonun müşayiəti ilə azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın ifasında konsert proqramı ilə davam edib.
Qonaqlara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Birinci Avropa Oyunlarına aid Azərbaycanın milli mənəvi dəyərlərini əks etdirən suvenir və jurnallardan ibarət hədiyyələr paylanılıb.
Qeyd edək ki, mərasimdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovla xanımı da iştirak edib.