XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2018 - 09:55

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenə pozub –Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.