XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 13:45

Naxçıvan Ali Məclisi sədrinin sabiq birinci müavini vəfat edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin sabiq birinci müavini Abutalıb Qasımov vəfat edib.

Strateq.az xəbər verir ki, bu barədə “Report”a mərhumun qohumları məlumat verib.

A.Qasımov Culfanın Saltaq kəndində dəfn edilib.

Xatırladaq ki, A.Qasımov 1956-cı ildə Culfa rayonunun Saltaq kəndində anadan olub. O, 1994-1995-ci illərdə Naxçıvanın təhsil naziri, 1995 – 2000-ci illərdə Naxçıvan Muxtar Respublikasın Ali Məclisi Sədrinin birinci müavini vəzifəsində işləyib. 1995-2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olub.