ABŞ Senatı 2018-ci ilin sonuna qədər səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli ilə əlaqədar vəliəhd şahzadə Məhəmməd bin Salmanı (MBS) qınayan sənəd qəbul edəcək.
Strateq.az “Washington Post”-a istinadla xəbər verir ki, sənəddə Səudiyyə Ərəbistanının Fars körfəzində düşmənçilik siyasətindən əl çəkməsinə də təkid ediləcək.
Məlum olduğu kimi, Mərkəzi Kəşfdiyyat İdarəsinin hesabatına baxmayaraq, prezident Donald Tramp MBS-i qınayan bəyanat verməyib.