XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2018 - 21:47

Tərtərdəki yanacaqdoldurma məntəqəsində partlayış… –Yaralılardan biri də vəfat edib

Noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən ikincisi də keçinib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, Seymur Rzayev Bakıda müalicə aldığı Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Onun müalicəsi xəstəxanada bir neçə gün davam etsə də, həkimlər həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.