XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 15:41

Xəzər Universitetində “Elm və Sənət Məclisi”…- Məclisin 68-ci məşğələsi keçirildi

Xəzər Universitetində ənənəvi “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib.

Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açaraq məruzəçi alim, Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İctimai Birliyinin prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Bölməsinin rəhbəri, aqrar elmləri doktoru, professor Fərman Quliyevin həyat və yaradılıcılığı haqqında geniş məlumat verib.

Sonra məruzəçi Azərbaycanda çay və sitrus plantasiyalarının salınmasından, çayçılığın və sitrus bitkilərinin inkişafı ilə dövlət proqramlarının qəbul edilməsi haqqında ətraflı məlumat verib.

Məşğələ iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkəmizə çay bitkisi XIX əsrin əvvəllərində gətirilib. 1929-cu ildən elmi əsaslarla becərilməsinə, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanıldığı bildirilib,

Məruzə ətrafında müzakirələrdə İradə Xəlilova, Əlövsət Əmirbəyli, Rövşən Abbasov, Elsevər İbadov, Cavid Ocağı (Xəzər Universiteti), Abbas İsmayılov, Zaur Həsənov ( Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə ), Əli Şamilov (AMEA-nın Folklor İstitututu), Nemət Məmmədli, İsmixan Yusubov ( Bakı Dövlət Universiteti) və digərləri çıxış ediblər.

Sonda Hamlet İsaxanlı maraqlı məruzə üçün professor  Fərman Quliyevə dərin təşəkkürünü bildirib və ona universitənin hədiyyəsini təqdim edib.