Dövlət Statistika Komitəsi (DSK) inzibati binasının yenidən qurulması və əsaslı təmiri ilə bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb.
“Report” DSK-ya istinadən xəbər verir ki, tenderin qalibi “Kaizen” MMC olub.
Bu ilin oktyabrın 12-də DSK və qalib şirkət arasında dəyəri 9 997 008,91 manat olan satınalma müqaviləsi imzalanıb.