XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 19:55

Azərbaycan Premyer Liqası:XIV turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında formalaşan rəmzi “11-liy”ə “Qarabağ”dan 7, “Qəbələ”dən, “Neftçi”dən, “Keşlə” və “Səbail”dən isə 1 futbolçunun adı daxil edilib.

Heyətdə Emil Balayev (“Səbail”), Donald Gerrye (“Qarabağ”), Yakub Jezniçak (“Qarabağ”), Denis Silva (“Keşlə”), Ömər Buludov (“Neftçi”), Abdullah Zubir (“Qarabağ”), Filip Ozobiç (“Qarabağ”), Simeon Slavçev (“Qarabağ”), Dani Kintana (“Qarabağ”), Mahir Mədətov (“Qarabağ”) və Rauf Əliyev (“Qəbələ”) yer alıblar.

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XIV turunun ən yaxşı futbolçusu “Qarabağ”ın ispaniyalı oyunçusu Dani Kintana olub. O, “Zirə”yə qarşı görüşdə 60 dəqiqə meydanda mübarizə aparıb və rəqibin qapısına vurduğu üç qolla yadda qalıb.