XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2016 - 14:57

Nazir əmr verdi –Tanınmış gənc YAP-çı müşavir təyin edildi

yusifbabanli-1

 

Bugünlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının strukturunda ciddi dəyişikliklər edilib.

Strateq.az-ın əldə etdiyi məlumata görə, Gənclər və İdman naziri Azad Rəhimovun əmri ilə akademiyada mövcud olan prorektor vəzifələri ləğv edilib, əvəzində isə Tələbə-gənclər və idman işləri üzrə müşavirlik postu yaradılıb.

Bu posta isə YAP-ın Nərimanov rayon təşkilatının sədri, YAP Gənclər Birliyi İdarə heyətinin üzvü Yusif Babanlı təyin edilib.

 

Xatırladaq ki, Yusif Babanlı tanınmış fəal YAP-çı gənclərdən sayılmaqla bərabər, həm də professor, pedaqoji elmlər üzrə fəlsəfə doktorudur. O, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının, həmçinin Azərbaycan Boks Federasiyasi icraiyyə komitəsinin uzvüdür.

 

4 monoqrafiya, 54 elmi məqalə, 5 metodik vəsait, 3 dərs vəsaitinin  müəllifidir.