XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 11:22

Rusiyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir –Bu gün

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

Strateq.az Trend-ə istinadən  bildirir ki, nazir sabah Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Qeyd edək ki, iclasda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında altı aylıq sədrliyinin yekunları müzakirə olunacaq. Bundan başqa, iclas zamanı iqtisadi əməkdaşlıq sahəsində bir çox regional məsələlər, o cümlədən nəqliyyat, energetika, kənd təsərrüfatı, elm və texnologiyalar, səhiyyə kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.