XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 15:30

Azərbaycan-Aİ formatında nəqliyyat üzrə yüksək səviyyəli ilk dialoq keçiriləcək –Bakıda

Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat sahəsində yüksək səviyyəli ilk dialoq gələn ilin fevral ayında Bakıda keçiriləcək.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas jurnalistlərə məlumat verib.

Səfirin sözlərinə görə, görüşdə iştirak etmək üçün Bakıya Avropa İttifaqının nümayəndə heyəti gələcək. Heyətə Avropa Komissiyasının Nəqliyyat departamentinin baş direktoru Henrik Hololey rəhbərlik edəcək.

Fevraldakı iclasa qədər, çox güman ki, nəqliyyat üzrə işgüzar səviyyədə görüş keçiriləcək, eləcə də Azərbaycan-Aİ aviasiya sazişi ilə bağlı danışıqlar aparılacaq/Report.