“Biz həmişə yaxın müttəfiq olmuşuq, indidə belədir, gələckdə də belə olacaq”.
Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Ermənistanlı həmkarı Serj Sərksiyanla İrəvanda görüşü zamanı deyib. Bu barədə Rusiya prezidentin mətbuat xidmətinin açıqlamasında qeyd olunub.
V.Putin Sərksiyanla görüşdə Rusiya ilə Ermənistan arasında münasibətlərin “xüsusi xarakter” daşıdığını deyib. “Bütün bunların dərin tarixi kökləri var. Bu gün ölkələrimiz arasında münasibətlər inkişaf edir”-deyə Putin vurğulayıb.
Kremlin sahibi qeyd edib ki, Moskva və İrəvan beynəlxaq arenada bir-birini tam dəstəkləyir.
“Mən çox şadam ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olub”-deyə Putin bildirib.
X.SƏFƏRLİ