XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Dekabr 2018 - 23:45

Çavuşoğlu Pompeo ilə telefonda danışdı –Türk nazir ABŞ-ın YPG qüvvələrinə verdiyi dəstəyə etiraz edib

Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Mayk Pompeo ilə telefonda danışıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu ABŞ-ın Suriyadakı YPG qüvvələrinə verdiyi dəstəkdən narahatlığını ifadə edərək, Menbiçlə bağlı razılaşmaya diqqəti çəkib.

Xatırladaq ki, bir neçə gündür Türkiyə Suriyaya əlavə hərbi qüvvələr göndərir.

Prezident Ərdoğan isə yaxın günlərdə Menbiç ətrafına yerləşmiş YPG qüvvələrinə qarşı əməliyyata başlayacaqlarının anonsunu verib.