XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 17:23

Litva Dağlıq Qarabağda ermənilər üçün film çəkir:Baş rolu məşhur İran aktyoru ifa edir

filmermeni

 

Litva Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda bədii film çəkir.

 

Strateq.az bildirir ki, Ermənistan Milli Kino Mərkəzinin (keçmiş “Armenfilm”) Litvanın “Artboks” kinokompaniyası ilə birgə çəkdikləri film “Sonuncu sakin” adlanır.  Qarabağ müharibəsi haqqında olan bu filmin rejissoru Civan Avetisyandır.  Filmə musiqini dünyada tanınan musiqçi Serj Tankyan yazıb.

 

Filmdə hadisələr Azərbaycan tərəfdə olan kənddə qalıb ordan çıxmayan 70 yaşlı erməni qocanın ruhi xəstə olan qızını axtarması fonunda baş verir. 

 

Filmdə ABŞ, Rusiya, Litva, Yunanıstan və İrandan olan aktyorlar çəkilib. Əsas rollardan birini tanınmış İran aktyoru, Kann beynəlxalq kino festvalının mükafatını almış Humayun Ərşadi ifa edir.

 

Filmin çəkilişləri Qarabağda, Əskəran rayonunun Xaçmaç kəndinə aparılıb. Hazırda film üzərində son tamamlama işi aparılır. Yaz aylarında filmin nümayişi nəzərdə tutulub.

 

X. SƏFƏROĞLU 

Strateq.az