XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2018 - 12:55

Sabah hava necə olacaq?- PROQNOZ

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu yarımadada gecə 5-7°, gündüz 8-10° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Dekabrın 16-sı gündüzdən 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun aşağı enəcəyi, 17-də maksimal temperaturun 5-7° isti təşkil edəcəyi, 17-si gündüz bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. 18-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 16-da hava əsasən yağmursuz olacaq, lakin gündüzdən bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 1-6°şaxta, gündüz 2-6° isti təşkil edəcək.