XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

15 Dekabr 2018 - 17:03

“Facebook” şirkəti cərimələnə bilər- Məlumat sızdırdığına görə

“Facebook” istifadəçilərinin məlumatlarının məxfiliyini pozduğuna görə böyük məbləğdə cəriməyə məruz qala bilər.

“Report” “Gazeta.ru”ya istinadən xəbər verir ki, İrlandiya Məlumatların Qorunması Komitəsi bu sahədəki Avropa qanunlarına riayət olunmasına nəzarət çərçivəsində şirkət barəsində araşdırmalara başlayıb.

Avropada qüvvədə olan Ümumi Məlumatların Qorunmasının Tənzimlənməsi (General Data Protection Regulation – GDPR) əsasən, məxfiliyi pozan şirkətlər 23 milyon ABŞ dollarınadək, yaxud məbləği daha yüksək olduğu təqdirdə, illik mənfəətin 4 faizi məbləğində cərimə olunur.

Beləliklə, 2017-ci ildə 40 milyard dollaradək mənfəət əldə edən “Facebook” şirkəti bu il də mənfəəti eyni səviyyədə olarsa, 1,6 milyard dollara yaxın cərimə ödəməli olacaq.