XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2018 - 20:37

İngiltərə Premyer Liqası:“Mançester Siti” “Everton”u məğlub edib

Dekabrın 15-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış matçı “Etihad” stadionunda oynanılıb. Son çempion “Mançester Siti” doğma meydanında “Everton” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Pep Qvardionlanın yetirmələrinin heyətində Qabriyel Jesus (2), Rəhim Sterlinq, qonaqlardan isə Kalvert-Levin fərqləniblər.

Bu qələbədən sonra “şəhərli”lər xalların sayını 44-ə çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəliblər. “Everton” isə 24 xalla 7-ci pillədə qərarlaşıb.