XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2018 - 17:12

Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi artıb- 33 dəfə

“2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, istehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə və xüsusi təyinatlı məmulatlardır.

“Son illərdə isə bu nisbət 90 faizi keçib. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü keçib”, – deyə nazir müavini bildirib.