XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Dekabr 2018 - 17:28

“Qəbələ” doğma meydanda “Sabah”ı məğlub edib- Minimal hesabla

Dekabrın 16-da futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, final mərhələsinin ikinci günün ilk oyunu Qəbələ şəhər stadionunda oynanılıb. “Qəbələ” doğma meydanda debütant “Sabah” klubunu qəbul edib. Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qol 45-ci dəqiqədə Filip İvanoviçin öz qapısına vurduğu qol olub.

Qeyd edək ki, dörddəbir final mərhələsinə saat 19-da oynanılacaq “Qarabağ” – “Keşlə” oyunu ilə yekun vurulacaq.

Xatırladaq ki, dörddəbir final mərhələsinə dekabrın 15-də start verilib. “Zirə” doğma meydanda “Səbail”i (1:0), “Sumqayıt” isə səfərdə “Neftçi”ni məğlub edib (0:2).