XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 21:25

“Düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur” –Müdafiə Nazirliyi

mudafie8

"Düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi Erməni mətbuatınnda 3 erməni əsgərinin Qarabağda öldürülməsiylə bağlı yayılan xəbərə münasibət açıqlayan zaman bildirib.

Nazirlik qeyd edir ki, erməni hərbi rəhbərliyinin silahlı qüvvələrində baş verən çoxsaylı itkilərini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib:

“Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur. Bu gün də baş verən insidentdə tələfatın sayı çox olduğundan və qarşı tərəf ölənlər barədə məlumatı gizlədə bilməyəcəyindən məlumatı açıqlayıblar. Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq”.