XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 10:21

Deputatlar bu gün toplaşır –Daha 15 qanun dəyişəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 15 məsələ daxildir.

Bunlar “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” (üçüncü oxunuş), “Avtomobil nəqliyyatı haqqında” (üçüncü oxunuş), “Sığorta fəaliyyəti haqqında” (üçüncü oxunuş) qanunlarına, eləcə də Seçki, İnzibati Xətalar, Mənzil məcəllələrinə dəyişiklik layihələridir. Bundan başqa, deputatlar yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” (birinci oxunuş), “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” (birinci oxunuş), “Ümumi təhsil haqqında” (birinci oxunuş) qanun layihələrini də müzakirə edəcəklər/Report.