XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 11:11

Azərbaycanın 8 məşqçisinə UEFA-nın Pro lisenziyası təqdim olunub –SİYAHI

AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub.

AFFA-dan verilən məlumata görə, 9 nəfər – “Zirə”nin baş məşqçisi Samir Abasov, “Sabah”ın baş məşqçisi Elşad Əhmədov, “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin futbolçusu Rəşad Sadıqov, “Neftçi”nin əvəzedici heyətinin baş məşqçisi Mahmud Qurbanov, 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov, eləcə də Zaur Həşimov, Ramin Quliyev və Mik Bennett müvafiq lisenziyaya layiq görülüblər.

Diplom və sertifikatları AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert və kursların təlimatçısı Aslan Kərimov təqdim edib/Report.