XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 15:23

Avropa İttifaqı Azərbaycana 3.2 milyon avro ayıracaq –Kiber müqavimət və cəza hüququ tədbirlərinin gücləndirilməsi üçün

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin kiber təhdidlərə qarşı dayanıqlığını gücləndirmək üçün 3.2 milyon avro ayırmağı planlaşdırır.

Bu barədə məsələ Avropa Komissiyasının elan etdiyi tenderdə yer alıb.

Məlumata görə, bu proqram Şərq Tərəfdaşlığı ölkələrində kiber müqavimətin və cəza hüququ tədbirlərinin gücləndirilməsinə kömək edəcək.

Kibertəhlükəsizlik və kibercinayətə hazırlıq səviyyəsinin yüksəldilməsi, texniki və kooperativ mexanizmlərin inkişaf etdirilməsi də bu sənədə daxil edilib.

Aİ proqram çərçivəsində Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukraynada kiber hücumlara hazırlığı gücləndirməyi planlaşdırır/Teleqraf.com.