XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 20:50

ABŞ-ın Kosmik Qüvvələr Komandanlığı yaradılır –Trampdan fərman

ABŞ Prezidenti Donald Tramp ölkənin Kosmik Qüvvələr Komandanlığının yaradılması barədə fərman imzalayıb.

Bu barədə Ağ Evdən məlumat verilib.

Yeni qurumun vəzifə əhatəsinə fəzada ölkənin mənafeyini qorumaq və hərbi əməliyyatlar aparmaq məsələləri daxildir.

Hazırda ABŞ Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz qüvvələri, Dəniz Piyadaları Korpusu, Sahil Mühafizəsi kimi birləşmələrdən ibarətdir/Report.