XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 22:21

Qətər qonşu dövlətlərlə münaqişə fonunda hərbi parad keçirdi:"Biz azad qalacağıq"

Qətər çərşənbə axşamı qonşu ölkələr tərəfindən gözlənilən təhlükə fonunda ölkənin yaranmasının 47-ci ildönümünü hərbi paradla qeyd edib.

“RİA Novosti” xəbər verir ki, əmirlik qonşu Səudiyyə ƏrəbistanıBƏƏ və Bəhreynlə əlaqələrin kəsilməsindən 18 ay sonra Milli günü bayram etmək üçün “Qətər azad qalacaq” şüarını seçib.

Əmirin xüsusi dəniz təyinatlıları, terrorla mübarizə bölmələri və kimyəvi qoşunlarlar da daxil olmaqla, bütün qoşun növlərinin hərbçiləri Dohanın dəniz sahilində dövlət rəhbərliyi və hərbi komandanlıq üçün quraşdırılmış tribunanın önündən keçiblər.

Hərbi texnika və müxtəlif qoşun növlərinin nümayişi 2 saat çəkib/Report.