XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

19 Dekabr 2018 - 11:24

Azərbaycanda notariat xidmətlərin videoəlaqə vasitəsilə həyata keçirilməsi mümkün olacaq- Gələn ildən

Gələn ildən Azərbaycanda notariat xidmətlərinin səyyar və məsafədən videoəlaqə vasitəsilə həyata keçirilməsi mümkün olacaq.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda yer alıb.

Sənəddə icraçı orqan qismində Ədliyyə Nazirliyi göstərilib.

Bundan başqa, nazirliyə maliyyə imkanları çərçivəsində bir sıra şəhər və rayonqeydiyyat şöbələrinin və dövlət notariat kontorlarının iş şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər görülməsi də tapşırılıb.