XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2018 - 18:00

İçərisində Azərbaycan vətəndaşlarının da olduğu gəmi qəzaya uğrayıb- Türkiyədə

Dekabrın 19-da İstanbulun Şile rayonu sahillərində qəzaya uğrayan, Komor Adalarına məxsus “Natalia” karqo gəmisində Azərbaycanın 10 vətəndaşı da var.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayevin məlumat verib.

Onun sözlərinə gör, məsələ ilə əlaqədar Türkiyə hökumətinin aidiyyəti qurumları ilə əlaqə yaradılıb: “Gəmidə xilasetmə işləri davam etdirilir. Azərbaycanlıların vəziyyəti ilə bağlı heç bir problem yoxdur. Məsələ ilə əlaqədar Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyində “qaynar xətt” yaradılıb”.