XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 11:18

ATƏT sədri Bakıya gəlir

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç mayın 31-də Azərbaycana səfərə gələcək.


ANS PRESS-in məlumatına görə, onun Bakıya gəlişi Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq.
Serbiya Xarici İşlər Nazirliyindən apa-ya bildirilib ki, regiona səfər Azərbaycandan başlayacaq. O, daha sonra Gürcüstan və Ermənistana gedəcək.
Azərbaycana səfər çərçivəsində müzakirə olunacaq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin həlli yolları prioritet təşkil edəcək.
İ.Daçiçin Bakıya səfəri çərçivəsində dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və digər şəxslərlə görüşlər planlaşdırılır.