XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 11:09

ABŞ qoşunlarının Suriyadan çıxarılması… –Çavuşoğlu Pompeo ilə müzakirə aparıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında dünən telefon danışığı baş tutub və tərəflər Vaşinqtonun Suriyadan qoşunlarını çıxarması ilə bağlı qərarını müzakirə ediblər.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə XİN-dəki mənbə məlumat verib.

Amma danışıqların digər detalları, eləcəd də Ankaranın bu qərara reaksiyası barədə məlumat verilmir.

Xatırladıb ki, dünən ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə sərəncam imzalayıb./Report