XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 11:22

Freddi Qreyi kim öldürüb?

Baltimorda nə baş verib?

Zənci Freddi Qreyin ölümü Merilənd ştatının Baltimor şəhərində bazar ertəsi küçə iğtişaşlarına, qan tökülməsinə, yanğınlara və qarətə keçən etiraz aksiyasına səbəb olub.

Strateq.az “The Washington Post”-a istinadən xəbər verir ki, hazırda baş vermiş hadisələrin səbəbi məlumdur.

“Bibər” ləqəbli Freddi Qreyin uşaqlığı çətin keçib. O, Merilənd ştatındakı Baltimor şəhərinin qərbində Səndtaun-Vinçester rayonunda böyüyüb. Qreyin anası əlildir və heroin düşkünlüyündən əziyyət çəkir. O and içərək bildirib ki, oxumağı bacarmır. Qrey “qurğuşun talonlar”ı ilə yaşayıb. Belə ki uşaqlıqda yaşadığı evin divarları və pəncərə altlıqları qurğuşun rəngli boya ilə boyandığından onun bədəni zəhərlənib və ev sahibi məhkəmə əsasında ona müavinət ödəyir.

Keçmişdə Qreyin qanunla problemi olub – əsasən, heroin və marixuana saxlamaq və satmağa görə dəfələrlə saxlanıb. Bu həbslərdən birinə görə Qrey iki il həbsdə yatıb.

Qrey aprelin 19-da dünyasını dəyişib – onu növbəti dəfə həbs edəndən bir həftə sonra. Polislər bildiriblər ki, həbsdən əvvəl onu təqib ediblər və axtarış zamanı onda düyməli bıçaq aşkarlanıb. ölümə səbəb fəqərə sütunundakı ağır zədə olub.

Müstəntiqin əlində yoldan təsadüfən keçənin çəkdiyi video var. Videoda əli qandallanmış Qreyi zabitlərin furqona necə sürüdüyü və hərəkətsiz qalmış Qrey görünür.

Polislərin sözlərinə görə, saxlanmış şəxsin özü də avtomobilə minə bilərdi və polis bölməsinə 30 dəqiqəlik yol zamanı sürücü, ən azı, bir dəfə avtomobili saxlayıb ki, Qreyin halını yoxlasın. Rəsmi məlumata görə, Qreyi furqona mindirərkən hirsli idi və deyinirdi, bölməyə çatarkən isə nəfəsi gəlmirdi.

Polislər deyirlər ki, Qreyin nə vaxt zədə aldığını bilmirlər – həbs vaxtımı, yoxsa artıq furqonda olarkən. Həbs aparan əməkdaşlar zor tətbiq etdiklərini inkar edirlər. Bununla belə, Baltimor polisi etiraf edib ki, bir neçə qanunsuzluğa yol verilib: Qreyi təhlükəsizlik kəməri ilə bağlamayıblar və bir neçə dəfə xahiş etsə də, ona ilkin yardım göstərilməyib.

Polisin altı əməkdaşı istintaq bitənə qədər işdən uzaqlaşdırılıb. ABŞ Ədliyyə Nazirliyi ayrıca təhqiqat aparır.

Fəalların sözlərinə görə, ABŞ-da polisin qaradərililərə münasibətində “milli problem” mövcuddur. Bundan başqa, Baltimor sakinləri artıq çoxdandır ki, polislə gərgin münasibətdədir.