XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 17:15

Zakir Həsənov Hərbi Liseydə oldu, tikinti ilə bağlı tapşırıqlar verdi –FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Zakir Həsənov inşaatla bağlı əvvəl verilən tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret göstərişlər verib.

Kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılmasının vacibliyini bir daha vurğulayan general-polkovnik Z.Həsənov, gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlərin həllinə dair müvafiq tapşırıqlar verib.