XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Dekabr 2018 - 18:33

Valentina Matviyenkodan İlham Əliyevə məktub:"Sizə yüksək ehtiramıma əmin ola bilərsiniz"

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Strateq.az həmin məktubu təqdim edir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Siz ölkədə sülhü və firavanlığı təmin edən görkəmli siyasi xadim kimi haqlı olaraq həmvətənləriniz arasında böyük hörmət və beynəlxalq aləmdə yüksək nüfuz qazanmısınız.

Rusiya ilə Azərbaycan arasında hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan müttəfiqlik əlaqələrinin dərinləşməsinə, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli əməkdaşlığa Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Ümidvarıq ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı, Qafqaz-Xəzər regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bundan sonra da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, ali dövləti vəzifənizdə uğurlar, Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.

Sizə yüksək ehtiramıma əmin ola bilərsiniz”.