XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 08:38

Komitə sədri səhhəti haqda yayılan xəbəri yalanladı
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov səhhəti ilə bağlı açıqlama verib.
O bidirib ki, bir neçə gün öncə mətbuatda onun hərbi hospitala yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər yalandır: “Yazırlar ki, Elçin Behbudovun vəziyyəti ağırlaşır. Bu artıq bir cəfəngiyyatdır. Hər bir insan müəyyən zaman kəsiyində tibbi müayinə olunmalıdır. Məndə də bir balaca “şəkər” olduğu üçün tibbi müayinədən keçirəm. Hazırda ev şəraitində dərmanlarımı qəbul edib, müalicəmi davam etdirirəm”.
E.Behbudov yaxın günlərdə saxlanma yerlərində monitorinqlərə də başlayacaqlarını söyləyib: “Yaxın günlərdə Dövlət Miqrasiya Xidməti Mərkəzinin saxlanma yerinə, Şəki, Beyləqandakı saxlanma yerlərinə gedərək monitorinq keçirəcəyik. Monitorinqlər ya Novruz Bayramından əvvəl, ya da dərhal sonra baş tutacaq”(Hafta.az).