XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 20:02

Sabahdan hava mülayimləşəcək- Nazirlikdən açıqlama

Dekabrın 22-dən etibarən ölkə ərazisində hava şəraiti tədricən mülayimləşəcək. Paytaxtda, eləcə də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi üstünlük təşkil edəcək. Sabah hərarətin paytaxtda 6-8°, bölgələrdə 8-13° isti, dağlıq ərazilərdə isə 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Direktor bildirib ki, dekabrın 23-24-də hərarətin ötən günlərlə müqayisədə tədricən 2-3° yüksələcəyi proqnozlaşdırılır. Temperaturun paytaxtda 9-11°, bölgələrdə 9-14°, dağlıq ərazilərdə isə 3-5° isti olacağı bildirilir.