XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2018 - 11:15

Tokio Olimpiadasının ümumi büdcəsi 12,6 milyard dollar olacaq- Təşkilat komitəsi

Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ümumi büdcəsi bəzi maddələrdə xərclərin azaldılmasından və digərlərində artırılmasından sonra eyni məbləğdə – 12,6 milyard dollar səviyyəsində qalacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin rəsmi saytında məlumat verilir.

Xatırladaq ki, təşkilatçılar məsrəflərin azaldılmasına ilkin qiymətləndirmə ilə müqayisə zamanı ərizələr daxil olduqdan sonra xərclərin dörd dəfə artacağı meydana çıxanda başlayıblar. Dekabrın 21-də elan edilən məbləğ ötən ilki layihə ilə üst-üstə düşür.

“Qarşıda vəsaitlərin sərfinə nəzarəti gücləndirmək kimi ciddi vəzifə durur”, – deyə təşkilat komitəsinin icraçı direktoru Toşiro Muta bildirib.

Hazırda Oyunların xərclərinin strukturu aşağıdakı kimidir – Tokio hökuməti -5,6 milyard dollar, Yaponiya hökuməti 1,4 milyard dollar və təşkilat komitəsi – 5,6 milyard dollar. Yapon sponsorlar tərəfindən müqavilə əsasında daxil ediləcək ümumi gəlir 3 milyard dollaradək artıb.

“Tokio 2020” Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.