XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

22 Dekabr 2018 - 13:56

Ukraynada Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə poçt markası hazırlanıb- FOTO

Ukraynada İkinci Dünya Müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlik tərəfindən hazırlanan 2 növ poçt markasında Mehdi Hüseynzadənin təsviri yer alıb. Sayı 2000 ədəd olan poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.